İordaniyanın yeni səfiri Tərcümə Mərkəzində
Fevralın 12-də İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Sami Abdullah Ğoşeh Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–İordaniya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının İordaniyada tanıdılması və yayımı məsələləri müzakirə edilib. Ötən illər ərzində Azərbaycan–ərəb ədəbi-mədəni əlaqələrinin təşkili istiqamətində Mərkəz tərəfindən ərəb dilinə tərcümə edilərək Misirdə nəşr olunmuş “Azərbaycan hekayəsi” (antologiya) kitabı, Xalq yazıçısı Elçinin “Baş” romanı, “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (müəllif – N.Cəfərov) kitabı, eləcə də “Azərbaycan–ərəb dili danışıq kitabçası”nın İordaniyanın Milli Kitabxanasına və ölkənin aparıcı kitabxanalarına yerləşdirilməsi ilə bağlı razılığa gəlinib.
Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində ərsəyə gətirdiyi kitablar hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar "Reimemaschine" ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində dahi...
-
Zərdüşt Şəfizadənin hekayəsi ərəb portallarında
Əlcəzairin populyar "Alharir.info", Küveytin "Fikr hur", İraqın "Fikr hur", Misirin "Navadir əl-Ərəb əl-Cəmilə", Mərakeşin "Xəbər əl-Yaum" xəbər, mədəniyyət portalları...