Tanınmış İsrail yazıçısı Tərcümə Mərkəzində
Oktyabrın 3-də tanınmış İsrail yazıçısı, İsrailin Baş naziri Binyamin Netanyahunun qardaşı İdo Netanyahu və “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri Arye Qut Dövlət Tərcümə Mərkəzində olublar. Görüşdə Azərbaycan və İsrail xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan–İsrail ədəbi-mədəni əlaqələrindən, hər iki xalqı bir-birinə doğmalaşdıran mənəvi dəyərlərdən söz açılıb. İsrailin tarixi, elmi-mədəni, ədəbi irsi ilə bağlı Azərbaycan oxucusuna maraqlı olacaq bir sıra əsərlərin tərcümə və nəşr layihələri, eləcə də Azərbaycan ədəbiyyatını İsrail oxucusuna yaxından tanıdacaq Azərbaycan ədəbiyyatı nümunələrinin ivrit dilində İsraildə nəşri və digər bu kimi məsələlər müzakirə edilib.
Görüşün sonunda qonağa, Mərkəz tərəfindən Azərbaycanda nəşr edilmiş, tanınmış yəhudi yazıçısı Şolom Aleyxemin “Seçilmiş əsərləri” kitabı və “Tövrat”ın Azərbaycan dilinə çevrilmiş hissələri yer alan “Xəzər” dünya ədəbiyyatı jurnalının sayları hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...