“Gecəniz şeirə...” kitabı təqdim olundu
Sentyabrın 27–30-da keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində gənc, istedadlı şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə...” kitabının (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) təqdimatı və imza günü keçirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid açaraq, şairin yaradıcılığından danışıb. Daha sonra digər qələm adamları – yazıçı-publisist Həmid Herisçi, ilahiyyatşünas Hacı Şahin Həsənli, ədəbiyyatşünas-tənqidçi Azər Turan, ədəbiyyatşünas-tərcüməçi Cavanşir Yusifli, yazıçı Şərif Ağayar və digərləri çıxış edərək şairin yaradıcılığının özünəməxsusluğundan söz açıblar.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...