“Pedro Paramo” romanı çap olundu
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Tərcümə Mərkəzinin Kitabları" seriyasından Xuan Rulfonun "Pedro Paramo" romanı nəşr olunub. Romanı dilimizə yazıçı, tərcüməçi Yaşar çevirib.
"Pedro Paramo" Meksika yazıçısı Xuan Rulfonun yeganə romanıdır. 1955-ci ildə işıq üzü görmüş bu əsər magik realizm janrında qələmə alınan ilk Latın Amerika romanlarındandır. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindəndir və ədəbiyyatşünaslar onu XX əsr nəsrinin sonrakı məcrasını müəyyən edən məhək daşı sayırlar. Əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölümün arasında özünü tapmağa çalışır və axtara-axtara, gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.
Romanın maraqlı cəhətlərindən biri də budur ki, Xuan Rulfo təxəyyülünün gücü, əslində, çox dərin fəlsəfi problemləri cəsarətli fantastikadan istifadə etməklə ön plana çıxarmaq bacarığında təzahür edir və üstəlik, bunu sırf milli yanaşma ilə həyata keçirir.
Roman Karlos Fuentes, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes kimi dünya miqyaslı söz ustalarının yaradıcılığına da əhəmiyyətli təsirini göstərib. Bunu bütün ədəbiyyat xiridarları deyirdilər. Markesin özü isə bu barədə sonralar belə yazdı: "Pedro Paramo" müxtəlif zamanlarda ispan dilində yazılan bütün romanların ən gözəlidir".
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...