Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu
Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb. Sentyabrın 11-də turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.
Təqdimat mərasimini giriş sözü ilə seçim turlarının rəhbəri, Mərkəzin tərcümə və nəşr məsələləri üzrə baş redaktoru Vilayət Hacıyev açıb. O, turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə əlamətdar töhfələr verəcəyini bildirib. Həmçinin imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların Mərkəzin məlumat bazasına yerləşdiriləcəyini qeyd edib:
– Məlumat Bazası, əsasən, dövlət qurumlarında həyata keçirilən yazışmaların, rəsmi sənədlərin, eləcə də digər mətn və materialların tərtibi və tərcüməsinə cəlb oluna biləcək dil və tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədini daşıyır. Düşünürük ki, bu irimiqyaslı layihə ölkənin dil və tərcümə sahəsində nizam yaradacaq, onun inkişafına əsaslı təkan verəcək.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...