Azərbaycan ədəbiyyatı Avropanın mərkəzi kitabxanalarında

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində bu il Almaniyada işıq üzü görmüş “Sirr” (Azərbaycan hekayələri) kitabı bir sıra Avropa ölkələri kitabxanalarına yerləşdirilib.
Müasir Azərbaycan nəsrinin mənzərəsini əks etdirən kitabın nüsxələri Almaniyanın Berlin, Boxum, Bamberq, Yena, Frayburq, Halle universitetlərinin kitabxanaları, Berlin Ədəbiyyat və İncəsənət araşdırmaları Mərkəzinin kitabxanası, Münhen Şərqi Avropa İnstitutu kitabxanası, Vyana Universiteti kitabxanası, İnnsburq, Qrats, Zaltsburq şəhər kitabxanaları, İsveçrənin Sürix və Bazel şəhərlərinin Mərkəzi kitabxanaları, Bern Universitetinin kitabxanası, Lüksemburq Universiteti kitabxanası, eləcə də Lixtenşteyn Mədəniyyət İdarəsi kitabxanalar şəbəkəsində yer alıb.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı kimi ədəbi simaların əsərlərinin toplandığı kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş