İmre Kertesin məşhur romanı Azərbaycan dilində

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertesin “Talesiz” kitabı işıq üzü görüb.
İkinci Dünya müharibəsi illərində Osvensim və Buhenvaldda yaşananları, dəhşətli düşərgə həyatını təsvir edən roman ilk dəfə 1975-ci ildə Macarıstanda nəşr edilib. Yalnız 1990-cı ildə alman dilinə tərcümə edildikdən sonra əsər Avropada geniş şöhrət qazanıb. 2002-ci ildə isə roman macar ədəbiyyatına ilk Nobeli qazandırıb.
“Talesiz”, yazıçının “Məğlubiyyət”, “Doğulmamış uşaq üçün kadiş” romanlarının da daxil edildiyi avtobioqrafik trilogiyasının birinci əsəridir və Azərbaycan dilində ilk dəfə işıq üzü görür.
Romanı dilimizə Mahir N. Qarayev və Güldəstə Nəsib tərcümə edib.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...