“Müasir Azərbaycan hekayəsi" antologiyası Misirdə nəşr olundu
ARNK yanında Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən olan “Müasir Azərbaycan hekayəsi antologiyası” Misirdə işıq üzü görüb.
Kitab Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib.
Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer alır.
Əsərləri ərəb dilinə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi doktor Əhməd Sami Elaydi tərcümə edib.
Antologiyanın təqdimatının yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...