Afaq Məsudun "II İohann" hekayəsi populyar Belarus saytında

Tanınmış Azərbaycan yazıçısı, dramaturqu və tərcüməçisi, Əməkdar incəsənət xadimi Afaq Məsudun yaradıcılığına müraciət edən ölkələr sırasına Belarus da qoşulub. Belə ki, bir sıra ingilis, fransız, almandilli dövlətlər, Avstriya və Rusiya, Özbəkistandan sonra Belarus və Müstəqil Dövlətlər Birliyinin ölkələrinin rusdilli oxucuları yazıçının Azərbaycanda da böyük maraqla qarşılanmış "II İohann" hekayəsini oxumaq imkanı əldə ediblər.
Belarusun ilk naşiri, filosof, yazıçı Fransisk Skorina, qazax ədəbiyyatının klassikləri Abay Kunanbayev, Muxtar Auezov, Ədəbiyyat üzrə son Nobel mükafatı laureatı Svetlana Aleksieviç və digər ədəbi simaların yaradıcılığını işıqlandırmış populyar "Sozvuchie-zviazda.by" ədəbi-publisistik saytının növbəti müəllifinin Afaq Məsud olması məhz Azərbaycan ədəbiyyatının sərhədlərinin daha da genişlənməsi deməkdir.
Xatırladırıq ki, Afaq Məsud Rusiya Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvüdür. Onun əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib. 2000-ci ildə Vyana Universitetində yazıçının yaradıcılığını tədqiq edən doktorluq işi (S.Dohan "Avropa şərqşünaslığında qadın yazarlar") müdafiə edilib.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...