Tərcümə Mərkəzi "Mir" telekanalının rəhbərliyinə etiraz məktubu ünvanladı
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Mir" telekanalının direktoru xanım Yekaterina Abramovaya və "Mir" DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru cənab İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli Yekaterina Abramova,
23.11.2015-ci il tarixində "Mir" televiziya kanalının "180 минут новостей на завтрак" proqramında dünyanın ən gözəl metro stansiyası qismində təqdim olunan Bakının "Nizami" metro stansiyasının "dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metro stansiyası", stansiyanın arxitektoru - Azərbaycanın Xalq Memarı Mikayıl Hüseynovun isə, "görkəmli sovet memarı" kimi təqdim olunması, kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayqısızlığının bariz nümunəsidir.Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü burada yaşayaraq yazıb-yaratmış, 1209-cu ildə orada da vəfat etmişdir. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə "sovet memarı" kimi təqdim olunan Mikayıl Hüseynov - tanınmış Azərbaycan memarıdır.Məlumat mətnində "Azərbaycan" adının bu sayaq "səliqə ilə" ört-basdır edilməsi, "Мир" (Dünya) adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik" .
Məktuba, həmçinin, Nizami Gəncəvi barədə qısa bioqrafik məlumat da əlavə edilib.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...