Əlisəmid Kürün şeirləri Gürcüstan ədəbiyyat portalında

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Əlisəmid Kürün gürcü dilinə tərcümə olunmuş “Kentavr ”, “Oğlum xan Eyvaz yaşında”, “Qan-tər içində”, “Bu vətən tütün kimidir...” şeirlərinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
https://newsaunje.ge/index.php?do=full&id=512 | ![]() |
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş