“Böyük sözün işığında” kitabı nəşr olundu

Azərbaycanın Xalq yazıçısı, tanınmış roman ustası Əli Vəliyevin bu ilə təsadüf edən 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığı “Böyük sözün işığında” kitabı işıq üzü görüb.
Ümummilli lider Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin və şərəfli ömür yolu haqqında çıxışı ilə açılan kitab Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Aqil Abbas kimi tanınmış söz, sənət və mədəniyyət xadimlərinin Əli Vəliyevin saf təbiəti, mərdliyi, şəxsiyyət bütövlüyü, zəngin ədəbi irsi, Zəngəzur, Qarabağ mahalının füsunkar təbiətini, xalqın həyat və məişətini koloritli xalq dili ilə təsvir edən roman, povest və hekayələri ilə bağlı söylədikləri fikir və mülahizələri əks etdirir.
Kitabın tərtibçisi – Yaşar Əliyev, redaktoru – Bəhlul Abbasovdur.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Qismətin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.