Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında Memorandum imzalandı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Türkiyə Yazarlar Birliyi arasında ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi məqsədilə davamlı və konstruktiv əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumda Azərbaycan–Türkiyə ədəbiyyatlararası qarşılıqlı mübadilələr çərçivəsində əsərlərin tərcüməsi və nəşri, kitablara dair təqdimatların, dəyirmi masa və onlayn-konfransların təşkili, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.
Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud və Türkiyə Yazarlar Birliyinin sədri, yazıçı Musa Kazım Arıcan tərəfindən imzalanıb.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...