Azərbaycanın Zəfər İli
2020-ci il Azərbaycanın tarixində əbədi olaraq qürurla xatırlanacaq şərəfli təqvimə çevrildi. İllərdən bəri düşmən tapdağı altında qalan doğma Qarabağ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sarsılmaz iradəsi, müzəffər Azərbaycan ordusunun rəşadəti nəticəsində işğaldan azad edildi. Şəhərlərimiz, kəndlərimiz, dağlarımız, meşələrimiz öz sahibinə qovuşub nəfəs aldı, hər qarışı şəhidlərimizin qanı ilə yuyulan doğma torpaqlar onu dirçəldib yaşatmağa qayıdan öz İnsanına qucaq açdı. 44 gün davam edən bu Vətən savaşında Azərbaycan xalqı bütün dünyaya örnək olacaq birlik, əzmkarlıq nümayiş etdirdi, bu çətin, taleyüklü zaman kəsiyində həm də öz dostunu, düşmənini tanıdı.
Bəli, bu ilin 27 sentyabr tarixində başlayan Haqq müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa olundu. Uzun illərin hərbi, siyasi, iqtisadi, mədəni, diplomatik uğurlarıyla addım-addım qazanılan bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik səriştəsi, gərgin, davamlı fəaliyyətinin nəticəsi kimi bizi ilbəil, aybaay, günbəgün zəfərə yaxınlaşdıraraq gerçəyə çevrildi – Azərbaycan öz qəti və qətiyyətli sözünü həm siyasi, həm hərbi meydanda dedi!
Sevinclə, coşquyla, qürurla qarşıladığın yeni 2021-ci ilin mübarək, Azərbaycan! Sənə yalnız qələbələr və Zəfər yaraşır!
VƏ DİGƏR...
-
Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli...
-
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq...