“Şahənşah” kitabı ilk dəfə Azərbaycan dilində
Dövlət Tərcümə Mərkəzi görkəmli polyak yazıçısı və publisisti Rışard Kapuşinskinin “Şahənşah” kitabını nəşr edib.
Kitab ötən yüzillikdə İranda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdən, Pəhləvilər hakimiyyətinin tədricən xalq arasında dayaqlarını itirməsindən və süqutundan bəhs edir.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.
Kitabın orijinaldan tərcümə müəllifi Vilayət Quliyev, redaktoru Mahir N. Qarayevdir.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Rışard Kapuşinski
– 1932-ci ildə Polşanın Pinsk şəhərində anadan olub;
– Varşava Dövlət Universitetində təhsil alıb;
– gənc yaşlarında “Sztandar Myuduç” (“Gənclərin bayrağı”) qəzetində çalışıb; – 1962-ci ildən Polşa Mətbuat Agentliyinin xarici ölkələrdə müxbiri kimi
fəaliyyət göstərib;
– jurnalist fəaliyyəti ilə əlaqədar dəfələrlə Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinə səyahət edib;
– 1970-ci ildən Parisin “Mədəniyyət” jurnalı ilə əməkdaşlıq edib;
– xarici ölkələrdə məşhur olan “İmperator” əsərinin müəllifidir;
– oçerklərdən ibarət üç kitabı – SSRİ-nin son illərindən bəhs edən “İmperiya” (1993), “Qara ağac” (1999) və “Heredotla birgə səyahət” (2004) ayrı-ayrı illərdə Polşada “İlin kitabı” nominasiyası üzrə qalib elan edilib;
– “Beynəlxalq jurnalistlər” (1978), “Höte” (1999), “Viareco” (2000), “Elza Morante” (2005) və digər beynəlxalq mükafatların laureatıdır;
– Qızıl Xaç (1972) və Polşanın Dirçəliş (1974) ordeninə layiq görülüb;
– namizədliyi bir neçə dəfə Nobel mükafatına irəli sürülüb;
– 2007-ci ildə Varşava şəhərində vəfat edib.
Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...