“Alban kilsələri – tariximizin qədim izləri” videoçarxı xarici KİV-də

Bir sıra nüfuzlu dünya xəbər portalları – Misirin “Nile1”, “Alwasela”, “Embassies News”, Suriyanın “Almisbah dorub”, İraqın “İraq News”, Çinin “Alharir”, İsrailin “Aziz Nyus”, Türkiyənin “Alternatiftarih”, Əlcəzairin “Dzayerinfo”, Mərakeşin “Banassa”, Fələstinin “Al-Bayader”, Küveytin “Q8 Press”, Özbəkistanın “Azculture.uz”, “Human”, Rusiyanın “Rutube”, “Azerros”, Ukraynanın "Kievinform", "Islam.in.ua" saytı Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı “Alban kilsələri – tariximizin qədim izləri” sənədli videoçarxını səhifələrində təqdim edib.
Sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Azərbaycan ərazilərində əsrlər boyu azəri türkləri ilə birgə yaşamış alban tayfalarının qədim tarixindən, ortaq mədəniyyətindən, 1836-cı ilin 11 mart tarixində Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni Qriqorian kilsəsinin tabeliyinə verilmiş Alban Həvvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edir.
VƏ DİGƏR...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
-
Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.