Azərbaycan kitabı Avropanın ikinci ən böyük kitabxanasında

Dövlət Tərcümə Mərkəzi ilə Almaniyanın “Lyrik Kabinett” Fondu arasında olan əməkdaşlıq çərçivəsində Mərkəzin 2015-ci ildə nəşr etdiyi və İngiltərənin paytaxtı Londonda geniş təqdimatını keçirdiyi müasir Azərbaycan şairlərinin poetik nümunələrinin toplandığı “Candles” – 101 verses (“Şamlar” – 101 şeir) kitabı Fondun kitabxanasına yerləşdirilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılan “Lyrik Kabinett” Fondu Avropanın poeziya üzrə ixtisaslaşmış ikinci ən böyük kitabxanasıdır.
Kitabxanada dünya ədəbiyyatının ingilis və alman dilində nəşr olunan seçmə nümunələrindən ibarət xeyli sayda kitab, audio, video materiallar, ədəbi jurnallar və s. saxlanılır.
Keçid linki: |
![]() |
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”