Tanınmış Türkiyə alimi Azərbaycan dili və ədəbiyyatını təbliğ edir
Tanınmış türk dilçi alimi, Türkiyənin Hacettəpə Universitetinin Tətbiqi Lüğətçilik və Araşdırma Mərkəzinin direktoru professor Şükrü Haluk Akalın Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Türkiyə ədəbi əlaqələri istiqamətində Mərkəzlə əməkdaşlıq əsasında ərsəyə gətirilmiş layihələr – Mərkəzin Ankara nəşrləri ətrafında fikir mübadiləsi aparılıb. “Xəzər” jurnalının Türkiyə nəşri, Mikayıl Müşfiqin türk dilinə çevrilmiş “Eşq şeirləri” kitabının Ankarada nəşri, eləcə də digər əlaqədar məsələlər müzakirə edilib. Professor özünün elmi rəhbərliyi altında Azərbaycan ədəbiyyatı nümunələrinin dil və söz yaradıcılığı mövzusunda iki diplom işinin hazırlandığını, Azərbaycan ədəbiyyatının və dilinin bundan sonra da davamlı şəkildə Hacettəpə Universitetində təhlil və tədris ediləcəyinin planlaşdırıldığını bildirib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...