“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında:
AZƏRBAYCAN ƏDƏBİYYATI – rubrikasında Sara Nəzirlinin “Ehtiraslı gecə” hekayəsi;
BUKER MÜKAFATI LAUREATLARI – rubrikasında Rut Cabvalanın “İsti və toz” romanı”;
QAZAX ƏDƏBİYYATI – rubrikasında Rollan Seysenbayevin essesi və Oljas Süleymenovun şeirləri;
ÇAĞDAŞ RUS NƏSRİ – rubrikasında Anatoli Kimin “Neustroyevin qoxusu” hekayəsi;
KORİFEYLƏR – rubrikasında Somerset Moemin “Cənab Çoxbilmiş” hekayəsi;
HEKAYƏ – rubrikasında Edqar Allan Ponun “Məşhurluq”, Nikolay Leskovun “Xırda xəta”, “Nihilistlə səyahət” hekayələri;
GÜNDƏLİK – rubrikasında Marlen Ditrixin “Ürəkdən gələn sözlər”i;
MEMUAR – rubrikasında V.M.Mayakovskinin məktubları;
ROMAN – rubrikasında Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanı;
İLAHİ KEÇİD – rubrikasında “Tövrat”;
TEATR – rubrikasında Karel Çapekin “Ağ xəstəlik” pyesi;
KİNO – rubrikasında Çezare Сavattininin “Həyat və kino gündəlikləri” və digər əsərlər ilə tanış ola biləcəklər.
Jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə etmək olar:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əli bəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
Zərdüşt Şəfizadənin hekayəsi ərəb portallarında
Əlcəzairin populyar "Alharir.info", Küveytin "Fikr hur", İraqın "Fikr hur", Misirin "Navadir əl-Ərəb əl-Cəmilə", Mərakeşin "Xəbər əl-Yaum" xəbər, mədəniyyət portalları...
-
İsi Məlikzadə yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar "Detay haberler", "Haber 232" portalları Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində...
-
“Qarabağın incisi – Şuşa” kitabı Bosniya və Herseqovinada maraqla qarşılanıb
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Bosniya və Herseqovina Respublikasının zəngin ənənəli "Yesari Qrup" nəşriyyatında Bosniya dilində işıq...