Nizami Gəncəvi yaradıcılığı İspaniya ədəbiyyat portalında

İspaniyanın populyar “Librujula” ədəbiyyat portalı Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi şairin ispan dilinə tərcümə edilmiş “Leyli və Məcnun” poemasından “Məcnunun fəryadı” parçasının və şairin yaradıcılığı haqqında məlumatın yayınına başlayıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası olan “Librujula” portalı səhifələrində müntəzəm olaraq Kristina Peri Rossi, Mirça Kerteresku, Antonio Sarrion Martines, Xoan Margarit kimi tanınmış şairlərin yaradıcılığını işıqlandırır.
https://librujula.publico.es/el-gemido-de-majnun-de-nizami-ganjavi/ |
![]() |
VƏ DİGƏR...
-
Qismətin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.