Tərcümə Mərkəzinin təmsil olunduğu 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılışı olub
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təmsil olunduğu 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub. Açılışda Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev, konsul Emil Rəhimov, Azərbaycan diasporasının üzvləri, Qahirə Universitetinin tələbələri və Mədəni İrsin İnkişafı üzrə “Halqa” təşkilatının nümayəndələri iştirak ediblər.
Sərgidə Azərbaycanı təmsil edən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin stendini Misir Ərəb Respublikasının baş naziri İbrahim Məhləb, Misir Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Misir Mədəniyyət naziri Cabir Usfur, Misir Sənaye və Ticarət naziri Munir Fəxri və “əl-Ahram” qəzetinin idarə heyətinin sədri Əhməd Nəccar ziyarət ediblər. Misir Ərəb Respublikasının Baş Naziri İbrahim Məhləb Azərbaycan stendini ziyarət edərkən, ölkəmiz barədə fikirlərini bildirib: “46-cı Beynəlxalq Qahirə Kitab Sərgisində Azərbaycan ilk dəfə iştirak edir. Azərbaycan bizim üçün ən əhəmiyyətli ölkələrdəndir. Stendinizdə yer alan maraqlı nəşrlər diqqətimizi çəkdi. Sizə fəliyyətinizdə uğurlar arzu edirik”.
Daha sonra səfir Şahin Abdullayev fikirlərini bölüşüb: “Çox sevindirici haldır ki, 46-cı Beynəlxalq Qahirə Kitab sərgisində Azərbaycan da iştirak edir. Bu sərgi dünyada Frankfurtdan sonra ikinci böyük kitab sərgisi hesab olunur. Azərbaycanın belə bir möhtəşəm sərgidə iştirakı təqdiredici haldır. Ölkələr və xalqlararası münasibətlərin qurulmasında, mədəniyyətin, ədəbi-mədəni mübadilələrin rolu danılmazdır. Kitab sərgiləri mədəniyyətlərin təbliğində böyük rol oynayır. Misir tərəfi bu sərgiyə ilk dəfə qatılan Azərbaycanın iştirakına böyük önəm verir. Gördüyünüz kimi baş nazir və digər nazirlər stendimizi ziyarət edib ölkəmiz haqqında dəyərli fikirlər bildirdilər. Arzu edirik ki, Tərcümə Mərkəzi Azərbaycanı gələcək illərdə də bu sərgidə təmsil etsin”.
Azərbaycanın sərgidə iştirakı, həmçinin, Misir On Tv, Nil Mədəniyyət tele-kanallarında və “Əl-Yaum Əl-Sabi” elektron-qəzetində də geniş işıqlandırılıb. Azərbaycan stendində Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, Tərcümə Mərkəzinin nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli nəşrlər nümayiş etdirilir. Xatırladaq ki, Beynəlxalq Qahirə Kitab Sərgisi dünyanın ən böyük Kitab Sərgilərindən hesab olunur.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...