Norveç Krallığının rəsmisi Tərcümə Mərkəzində
![Norveç Krallığının rəsmisi Tərcümə Mərkəzində](https://aztc.gov.az/thumbs/index.php?size=410&src=posts/IMG_1496 (2).JPG_5bd81ccb90685.jpg)
Norveç Krallığının müvəqqəti işlər vəkili cənab Olav-Nils Tue Azərbaycan Tərcümə Mərkəzində olub.
Görüş zamanı, əsərləri Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş məşhur Norveç yazıçı və şairləri – B.Börnson, K.Hamsun, H.İbsen, Y.Qorder, A.Turqer Li, K.Sandel, A.Omre, E.Orvil, F.Harverol, T.Nedreos, İ.Svinsos, L.A.Holma, O.Vinger, Q.B.Qunnersenin yaradıcılığından söhbət açılıb, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi-mədəni körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Norveçdə tanıdılması və təbliği istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.
Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan “XX əsr Norveç hekayələri” və məşhur Norveç yazıçısı Tarey Vesosun “Buz qəsr” kitabları təqdim edilib.
Qalereya
VƏ DİGƏR...
-
Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli...
-
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq...