Ukraynanın səfiri Tərcümə Mərkəzində

Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Oleksandr Mişenko ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan-Ukrayna xalqları arasında uzun illər davam edən milli-mənəvi doğmalıqdan, ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən - müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Moris Simaşko, Aleksandr Mardan, İqor Pavlyuk kimi tanınmış Ukrayna ədiblərinin əsərlərindən söz açılıb, yaxın günlərdə Azərbaycan dilində nəşr olunmuş "Ukrayna poeziyası antologiyası" kitabı qonağa təqdim edilib. Həmçinin tezliklə Kiyevdə işıq üzü görəcək "Müasir Azərbaycan poeziyası antologiyası"nın Ukrayna kitabxanalarına və universitetlərinə yerləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşün sonunda səfir tərəfindən Ukrayna xalqının rəmzlərindən olan başınağacı təsvirli suvenir Mərkəzə hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”