Gənc ədiblərin “Yeni söz” ədəbiyyat almanaxı nəşr olundu
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" adlı ədəbiyyat almanaxı nəşr edib.
Kitabda 90-cı illərinin sonlarından bugünümüzədək ədəbi fəaliyyəti ilə seçilən gənc istedadlı ədiblərin əsərləri - şeir və hekayələri yer alıb.
Nəşrin məqsədi, Azərbaycanın yeni ədəbiyyatının mənzərəsini təqdim etmək, gənc, istedadlı ədibləri ölkədə tanıtmaqdır. Gələcəkdə gənc müəlliflərin əsərlərinin müxtəlif dillərə tərcümə olunaraq, Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması istiqamətində layihələrdə təmsil edilməsi nəzərdə tutulur.
Toplunun ön sözünün müəllifi - tanınmış tənqidçi Əsəd Cahangirdir.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...