Argentina səfirliyinin səlahiyyətli nümayəndəsi Tərcümə Mərkəzində
Fevralın 21-də Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Eduardo Cavallero Tərcümə Mərkəzində olub. Görüşdə Mərkəzin Aparat rəhbəri Yaşar Əliyev qurumun fəaliyyəti dövrü ərzində bir çox tanınmış Argentina ədiblərinin əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq nəşr edildiyini qonağın diqqətinə çatdırıb:
“Bu günə kimi Mərkəz tərəfindən Xorxe Luis Borxes, Xulio Kortasar, Ernesto Sabato, Roberto Arlt, Alvaro Yunke, Siria Poletti, Manuel Puiq kimi Argentina müəlliflərinin yaradıcılığından bir sıra nümunələr Azərbaycan dilinə tərcümə və nəşr edilib. Həmçinin ötən il Argentina səfirliyi ilə Mərkəzin birgə layihəsi – məşhur Argentina yazıçısı Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabı Azərbaycan dilinə tərcümə və nəşr edildi”.
Görüşdən məmnunluğunu bildirən cənab Eduardo Cavallero öz ölkəsinin ədəbiyyatının Azərbaycanda bu səviyyədə tanıdılmasından qürur duyduğunu bildirdi. Daha sonra Mərkəzlə Argentina səfirliyinin növbəti layihəsi olan məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Dailan Kifki” (“Daylan Kifki”) kitabının tərcümə və nəşrinə dair məsələlər müzakirə edilib. Həmçinin ispan dilinə tərcümə prosesində olan “Müasir Azərbaycan şeiri” kitabının Argentinada nəşri ilə əlaqədar fikir mübadiləsi aparılıb.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...