Norveç səfiri Tərcümə Mərkəzində

Fevralın 10-da Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bord İvar Svendsen Tərcümə Mərkəzində olub. Görüş zamanı, əsərləri Azərbaycan dilinə tərcümə edilən və zaman-zaman Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb. Həmçinin Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub.
Qalereya
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş