Tərcümə Mərkəzi XXVIII Turin Beynəlxalq Kitab Sərgisində
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi XXVIII (28-ci) Turin Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana ilə birgə ölkəmizi təmsil edir. Mərkəzin təmsilçisi qurumun əməkdaşı Şahin Ələsgərovdur.
Açılış mərasimi 14 may 2015-ci il tarixində “Torino Lingotto Fiere” Beynəlxalq Kitab Zalında baş tutan sərgidə Azərbaycanla yanaşı, Almaniya, İsrail, Qazaxıstan, Albaniya kimi onlarla ölkə, həmçinin, “Edizioni Del Baldo”, “Marco Del Bucchia Editore”, “Carlo Delfino Editore”, “Carlo Saladino”, “Miso Editore”, “Marchetti Editore”, “Nottetempo”, “Logus Mondi İnterattivi” və “Edizioni Perla Decrescita Felice” kimi yüzlərlə məşhur İtaliya nəşriyyatı iştirak edir. İlk dəfə iştirak etdiyindən “xüsusi qonaq” statusuna malik olan Azərbaycan stendində “Tərcümə Mərkəzinin kitabları” seriyasından olan kitablar, Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxanaya aid nəşrlər nümayiş etdirilir. Sərginin ilk günü stendimizdə nümayiş etdirilən, “Tərcümə Mərkəzinin nəşrləri” seriyasından “Candles (101 verses)” (“Şamlar (101 şeir)” kitabı ən çox marağa səbəb olan kitablardan olub. Sərgi may ayının 18-nə kimi davam edəcək.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...