Tərcümə Mərkəzinin nəşri Frans Kafka muzeyinə hədiyyə edildi

Mərkəzin, Praqa Kitab Sərgisinə qatılmış nümayəndə heyəti Frans Kafkanın muzeyində olub. Mərkəzin direktoru Afaq Məsud muzeyin əməkdaşlarına Kafka yaradıcılığının ilk dəfə 1996-cı ildə Azərbaycan oxucusuna tanıtdırılması istiqamətində görülən işlərdən danışıb və Tərcümə Mərkəzinin “Dünya ədəbiyyatının korifeyləri” seriyasından nəşr etdiyi “Frans Kafka” kitabını muzeyə hədiyyə edib.
Kafkanın sirli dünyasını unikal vasitələrlə – yazıçının əyintili görümü ilə göstərən şəhər mənzərələri, məşhur “Hökm” hekayəsinin baş qəhrəmanı Georq Bendemanın özünü çaya atdığı körpü, addımladığı əyilmiş evlərlə dolu küçələrin xronikası, Kafka ağrıları saçan sarımtıl əlyazmalar, əsərləri əsasında hazırlanmış video-çarxlar, obrazlarının tərcümeyi-halı toplanan simvolik rəflər, nişanlı və sevgililərinin fotoları, müxtəlif illüziya elementləri ilə labirint təəssüratı yaradan üçmərtəbəli bina, muzey ziyarətçilərinə yazıçının həyatı və şəxsiyyəti barədə böyük bilgilər verir.
Muzey – Hegertova cihelna, Cihelná 2; ünvanında yerləşir.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...