Məşhur Vaja Pşavelanın “İlanyeyən” kitabı Azərbaycanda

Azərbaycan Dövlət Tərcümə Mərkəzi yanında Tərcümə Agentliyi ilə Gürcüstan Yazıçılar Evinin birgə əməkdaşlığı çərçivəsində Gürcüstan ədəbiyyatının görkəmli siması, şair, yazıçı, dramaturq Vaja Pşavelanın “İlanyeyən” kitabı işıq üzü görüb.
Şairin “İlanyeyən”, “Aluda ketelauri”, “Qonaq və ev sahibi” kimi məşhur poemaları və şeirləri daxil edilmiş kitabın Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
VƏ DİGƏR...
-
Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstan elektron ədəbiyyat jurnalında
Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayınına başlayıb.
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...
-
Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.