Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda

Ukrayna Milli Televiziya və Radio Şirkətinin “Kultura” radiosu dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu yaxınlarda ukrain dilində Ukraynada nəşr olunmuş “Leyli və Məcnun” kitabı (ADTM) haqqında veriliş yayınlayıb.
Verilişdə şairin şəxsiyyəti və yaradıcılığı, ukrain dilinə tərcümə olunmuş “Leyli və Məcnun” poeması haqqında geniş məlumat verilib, Ukrayna mütəxəssislərinin Nizami yaradıcılığı ilə bağlı araşdırmalarından, məşhur ukraynalı şərqşünas-alim Aqafangel Krımskinin “Nizami və onun müasirləri” adlı monoqrafiyasından söz açılıb.
http://ukr.radio/schedule/play-archive.html?periodItemID=2844889 |
![]() |
VƏ DİGƏR...
-
Mirbəhram Əzimbəylinin şeirləri İran ədəbiyyat portalında
İranın populyar “qalampress.ir” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Mirbəhram Əzimbəylinin fars dilinə tərcümə olunmuş “Anama şeir”, “Özüm kimi” şeirlərinin yayınına başlayıb.
-
Fərhad Metenin şeirləri Türkiyə portalında
Türkiyənin populyar “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış "Həyat" və "İstədiyin kimi" şeirlərinin yayınına başlayıb...
-
Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstan elektron ədəbiyyat jurnalında
Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayınına başlayıb.