Kiyevdə Nəsiminin qəzəllər toplusunun növbəti təqdimatı keçirilib (FOTO, VİDEO)
Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Kiyevdə işıq üzü görmüş “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum” – Dövlət Tərcümə Mərkəzi) kitabı növbəti dəfə “CAMIT-KNİQA” nəşriyyatı tərəfindən təqdim olunub.
Təqdimatda ölkənin tanınmış yazarları, nasirlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nəşriyyatın direktoru İvan Stepurin AZƏRTAC-a eksklüziv müsahibəsində İmadəddin Nəsiminin yaradıcılığını Ukraynada ilk dəfə tanıdan bu toplunun ümumilikdə klassik Azərbaycan ədəbiyyatının təbliği işinə böyük töhfə verdiyini, bu səpkidə nəşrlərin Dövlət Tərcümə Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...