Tərcümə Mərkəzi sertifikatları sahiblərinə təqdim etdi
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, dillər və sahələr üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turlarını başa çatdırıb. Turlardan müvafiq sahələr və dillər üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.
Sertifikatların təqdimat mərasimində çıxış edən Seçim Turlarının rəhbəri, Mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyev ərsəyə gətirilən işin ölkənin dil və tərcümə sahəsinin inkişafına öz töhfəsini verəcəyini, strateji əhəmiyyət daşıyan bu prosesdə qismən də olsa, müəyyən nizam yaradacağını bildirib.
2019-cu ilin IV rübü üzrə Mərkəzin sertifikatına layiq görülmüş tərcüməçilərin siyahısı:
1. Əli Şükrü – (Azərbaycan-ingilis, fars-Azərbaycan-fars) iqtisadiyyat sahəsi üzrə;
2. Qumru Eyvazova – (rus-ingilis) ictimai-siyasi sahələr üzrə;
3. Fikrət Kazımov – (Azərbaycan-rus) ictimai-siyasi sahələr üzrə;
4. Vəfa Aşırova – (rus-Azərbaycan-rus) tibb sahəsi üzrə;
5. İmanyar Quliyev – (türk-Azərbaycan) ictimai-siyasi sahələr üzrə;
6. Qubad Cəbrayılov – (türk-Azərbaycan-türk) hüquq sahəsi üzrə;
7. Zaur Bəndəliyev – (Azərbaycan-alman-Azərbaycan) ictimai-siyasi sahələr üzrə.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...