Kolumbiyanın yeni səfiri Tərcümə Mərkəzində
Kolumbiyanın Azərbaycan Respublikasında akkreditə olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri, cənab Luis Antonio Dimaté Kárdenas Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Azərbaycan–Kolumbiya ədəbi əlaqələri üzrə Mərkəzlə Kolumbiya səfirliyinin birgə əməkdaşlığı, ərsəyə gətirilmiş layihələr – Kolumbiyada işıq üzü görmüş, Azərbaycan və Kolumbiya şairlərinin əsərlərinin toplandığı “İyirmi şeir” kitabı, nəşrə dair Milli Elmlər Akademiyasında keçirilmiş geniş təqdimat mərasimi, Azərbaycan dilinə tərcümə edilərək ölkədə nəşr olunmuş “Əvvəl dəniz vardı...” adlı Kolumbiya poeziyası toplusu, dahi Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin yaradıcılığı ilə bağlı Kolumbiyanın keçmiş müvəqqəti işlər vəkili, xanım Marta Galindonun təşəbbüsü ilə keçirilmiş yaradıcılıq gecəsi və digər bu kimi tədbirlərlə bağlı təəssüratlar bölüşdürülüb.
Daha sonra Kolumbiya–Azərbaycan ədəbiyyat və mədəniyyətlərarası əməkdaşlığa dair perspektiv layihələr, Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində yayımı məsələləri müzakirə edilib.
Səfir Luis Antonio Dimate Dövlət Tərcümə Mərkəzi ilə uğurlu əməkdaşlıqdan duyduğu məmnunluğunu ifadə edərək bu səpkili layihələrin bundan sonra da, daha geniş şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşün sonunda səfir Qabriel Qarsia Markesin ispan dilində “Polkovnikə məktub yoxdur” kitabını Mərkəzin rəhbəri Afaq Məsuda təqdim edib.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...