achiqkitab.az xezerjurnali.az aydinyol.az

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin təşkili

Azərbaycan Dövlət Tərcümə Mərkəzi (bundan sonra Mərkəz) fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Əsasnaməsi"ni, digər qanunvericilik aktlarını rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla (hökumətlərarası, dövlətlərarası), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin tərcümə sahəsində fəaliyyət göstərən mərkəzi və yerli müəssisələri (mərkəzlər, komitələr, agentliklər), assosiasiyaları, qeyri-hökumət təşkilatları, universitetləri, tədqiqat institutları və mərkəzləri ilə qarşılıqlı əlaqələr qurur, fəaliyyətini daim Azərbaycan Respublikasının xarici siyasəti ilə uyğunlaşdırır və uzlaşdırır.
Mərkəz bu məqsədlə;

  • beynəlxalq əlaqələr üzrə konsepsiya hazırlayır və həyata keçirir;
  • struktur bölmələrinin beynəlxalq ədəbi yeniliklər və analitik məlumatlarla təmin olunmasını təşkil edir;
  • xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla münasibətlər qurur;
  • xarici tərəfdaşların təkliflərini araşdırır, danışıqlar aparır;
  • KİV və QHT-lərlə əlaqələri koordinasiya edir;
  • digər xarici ölkələrdə tərcümə işinin təşkilini öyrənir, təhlil edir, qabaqcıl təcrübənin tətbiqini təmin edir;
  • tərcümə işi üzrə ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq edir;
  • dövlət və özəl qurumlarla ikitərəfli əməkdaşlığa dair sənədlər imzalayır (saziş, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.);
  • Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkələrin diplomatik nümayəndəlikləri, konsulluqları, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatların mədəniyyət sahəsi üzrə qurumları ilə münasibətlər qurur;
  • tərcümə fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları ilə qarşılıqlı əlaqələr qurulmasını təmin edir;
  • ədəbi-mədəni layihələrin icrasını, ədəbi nəşrlərin qarşılıqlı mübadiləsini təşkil edir;
  • beynəlxalq proqram və layihələrdə iştirakını təmin edir;
  • tərcümə, ədəbiyyat, mədəniyyət sahəsində tanınmış yerli və xarici insanlarla görüşləri təşkil edir;
  • struktur bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsi və onların Azərbaycandakı fəaliyyətinin təşkilinə dair kompleks tədbirlər həyata keçirir;
  • beynəlxalq festival, sərgilərdə ölkəmizi təmsil və təbliğ edir;
  • beynəlxalq tərcümə assosiasiyaları, cəmiyyət və birliklər ilə əlaqələr qurur;
  • xaricdə və ölkəmizdə tərcümə işi ilə əlaqədar beynəlxalq tədbirlər (müşavirələr, sərgilər, forumlar, konfranslar və s.) təşkil edir;
  • mədəniyyət, dil, tərcümə sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə layihələr hazırlayıb həyata keçirir.

  • Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır” Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
    ... Ətraflı
  • Səfir Kristofer Berroteran: “Çox istərdik ki, zəngin Venesuela ədəbiyyatı Azərbaycan ədəbiyyatı ərazisinə daxil olsun” Səfir Kristofer Berroteran: “Çox istərdik ki, zəngin Venesuela ədəbiyyatı Azərbaycan ədəbiyyatı ərazisinə daxil olsun”
    ... Ətraflı
  • Tobias Lorentzson: “İsveç-Azərbaycan ədəbi əlaqələrinin genişləndirilməsi zəruri və tarixi məsələdir” Tobias Lorentzson: “İsveç-Azərbaycan ədəbi əlaqələrinin genişləndirilməsi zəruri və tarixi məsələdir”
    ... Ətraflı
  • Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi təmsilçisi və nümayəndə heyəti Tərcümə Mərkəzində Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi təmsilçisi və nümayəndə heyəti Tərcümə Mərkəzində
    ... Ətraflı
  • Meksika Birləşmiş Ştatlarının səfiri: “Mərkəzlə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik” Meksika Birləşmiş Ştatlarının səfiri: “Mərkəzlə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”
    ... Ətraflı
  • Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olundu Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olundu
    ... Ətraflı
  • Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan: “Mədəni birliyimizi inkişafa aparacaq təməl məhz ədəbiyyat olacaq” Türkiyə Yazarlar Birliyinin genel başqanı Musa Kazım Arıcan: “Mədəni birliyimizi inkişafa aparacaq təməl məhz ədəbiyyat olacaq”
    ... Ətraflı
  • Fidel Koloma: “Ədəbi mübadilələrin onlayn formatda qurulması qarşımızda duran ən önəmli məsələlərdən biridir” Fidel Koloma: “Ədəbi mübadilələrin onlayn formatda qurulması qarşımızda duran ən önəmli məsələlərdən biridir”
    ... Ətraflı
  • Dövlət Tərcümə Mərkəzi ilə Çilinin “RIL editores” Nəşriyyat Evi arasında Memorandum imzalandı Dövlət Tərcümə Mərkəzi ilə Çilinin “RIL editores” Nəşriyyat Evi arasında Memorandum imzalandı
    ... Ətraflı
  • XƏBƏRLƏR