Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub

Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub

Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri Xan qızı Natəvan, Fatma xanım Kəminə  Aşıq Pərinin həyat və yaradıcılığından bəhs edən “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı haqqında geniş məqalə dərc olunub.

“Şuşa və Qarabağın üç şaireyi-möhtərəməsi” adlı məqalənin müəllifi Türkiyənin tanınmış alimi, professor Murat Ertaşdır.

Qeyd edək ki, XIX əsr Şuşa ədəbi mühitindən, bu mühitin yetişdirdiyi, şəxsiyyətləri və yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş xanım şairlərdən bəhs edən nəfis tərtibatlı kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.

 

Türkiyə dərgisində Şuşa şairləri haqqında 

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.