Tərcümə Mərkəzi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir
![Tərcümə Mərkəzi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir](https://aztc.gov.az/thumbs/index.php?size=410&src=posts/IMG_20190927_133634_5d8df1307cc81.jpg)
Sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. 81 yerli, 40 xarici nəşriyyatın və əlaqədar qurumların qatıldığı sərgidə yüzə yaxın yerli və dünya ədəbiyyatı nəşrləri ilə Dövlət Tərcümə Mərkəzi də iştirak edib.
Sentyabrın 28-də Mərkəzə ayrılan sərgi seksiyasında “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində istedadlı gənc şair Şəhriyar Del Geraninin yaxın günlərdə işıq üzü görmüş “Gecəniz şeirə...” kitabının (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) təqdimatı keçiriləcək.
Qalereya
VƏ DİGƏR...
-
Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli...
-
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq...