“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

Jurnalın bu sayında:
* “Nobel kürsüsü” rubrikasında – Uilyam Batler Yeytsin şeirləri;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında – “İsa İsmayılzadə, yaxud “sözün rəsmi”” yazısı və İsa İsmayılzadənin şeirləri;
* “Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;
* “Buker mükafatı laureatları” rubrikasında – Lidia Devisin “Gələcəkdə yazıçılar redaktəyə ciddi yanaşmayacaqlar” başlıqlı müsahibəsi və hekayələri;
* “İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş üçüncü hissə;
* “Hekayə” rubrikasında – Konn İqquldenin “Qara su” hekayəsi;
* “Esse” rubrikasında – Orxan Pamukun “Orxan bəy, bunları həqiqətən yaşamısınız?” essesi;
* “Memuar” rubrikasında – Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: atam C.D.Selincer” yazısı;
* “Avropa poeziyası” rubrikasında – Paul Selanın şeirləri;
* “Yaddaş” rubrikasında – Kazım Yaşar Kopramın “Misir məmlükləri” tarixi araşdırması;
* “Roman” rubrikasında – Alber Kamyunun “Xoşbəxt ölüm” romanının ikinci hissəsi;
* “Teatr” rubrikasında – Treysi Lettsin “Avqust. Osaj qraflığı” pyesi;
* “Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Vsevolod Qarşinin “Səyyah qurbağa” nağılı yer alıb.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş