Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı
Avropa Şurasının rəsmi saytı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Strasburqda ərsəyə gətirdiyi “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı haqqında geniş məlumat yerləşdirib.
Məlumatda deyilir:
Dünyaya açılan ədəbi pəncərə – 28 hekayədən ibarət bu toplu sizi Azərbaycan ədəbiyyatına maraqlı bir səyahətə aparacaq. Əsasən, XIX əsrdən bu günümüzədək dövrün mənzərəsini əks etdirən ədəbi nümunələrlə siz bu əsrarəngiz ölkəni, onun paradoks və paradiqmalarını kəşf edəcəksiniz.
“Azərbaycan ədəbiyyatı antologiyası” kitabının təqdimatı 2019-cu il 23 mart saat 11-də Kleber kitabxanasının “Ağ zal”ında keçiriləcək.
Tədbirin moderatoru: Tyeri Edmondur.
Çıxışçılar:
Afaq Məsud – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri;
Stefan dö Tapia – professor, Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru;
Jan-Pol Meyer – professor, Strasburq Universitetinin Filologiya fakültəsinin dekanı;
Mişel Kop – yazıçı
Jan-Emanüel Medina və Alber Vak – Kəpəz Nəşriyyat Evinin nümayəndələri.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...