Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görüldü

Argentina Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva Tərcümə Mərkəzində olub. Səfir Mərkəzlə Argentina səfirliyinin birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi layihələrdən söz açıb, görülən işlərin dünya mədəniyyətlərinin yaxınlaşmasında, ölkələr və xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynadığını bildirib:
“Son 3 il ərzində Azərbaycan Tərcümə Mərkəzi ilə səfirliyimizin ərsəyə gətirdiyi birgə layihələr ölkələrimiz və xalqlarımız arasında qırılmaz körpülər yaradıb. Argentina yazıçıları Adolfo Bio Kasaresin “Morelin ixtirası”, Mariya Elena Valşın “Dailan Kifki” kitablarının Azərbaycan dilində uğurlu nəşri və təqdimat mərasimləri həyata keçirilib. Məşhur Argentina yazıçısı Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərinin tərcüməsi və nəşri üzrə yekun işləri başa çatmaqdadır. Düşünürəm, Mərkəzlə səfirliyimiz arasında qurulan bu sıx əməkdaşlıq hələ çox fayda verəcək”.
Daha sonra Azərbaycanda səfirlik missiyasının yaxın günlərdə başa çatacağını bildirən Səfir Mərkəzlə əməkdaşlıqdan duyduğu xoş təəssüratını çatdırıb: “Səfir olduğum bu 5 il ərzində Mərkəz tərəfindən göstərilən münasibət, məndə dərin doğmalıq hissi yaradıb. Azərbaycandan, sanki öz evimi tərk edən tək gedirəm”.
Mərkəzlə birgə təməli qoyulacaq növbəti layihədən – Argentina milli rəqsi olan tanqonun tarixindən bəhs edən “El Tango una danza” (“Tanqo – bir rəqs”) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrindən də söz açılıb. Adıçəkilən kitabın, Azərbaycan oxucusuna, tanqonun tarixi ilə yaxından tanış olmaq imkanı yaradacağına və geniş oxucu kütləsinin marağına səbəb olacağına əminlik bildirilib.
Görüşün sonunda Argentina-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Karlos Dante Rivaya Mərkəzin təsis etdiyi “Mədəniyyət Elçisi” fəxri diplomu təqdim olunub.
Qalereya
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...