London dərgisi “Azərbaycan hekayələri”ndən yazdı
Böyük Britaniyanın “EU today” jurnalı (https://eutoday.net/news/culture/2018/short-stories-from-azerbaijan-in-one-volume) Azərbaycan Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri, həmçinin yaxın günlərdə Londonun Britaniya Kitabxanasında təqdimat mərasimi keçirilmiş “Azərbaycan hekayələri” kitabı ilə bağlı məqalə yerləşdirib.
Məqalədə deyilir: “Azərbaycan Tərcümə Mərkəzi və “Hertfordshire Press” nəşriyyatı tərəfindən ərsəyə gətirilmiş 28 hekayədən ibarət “Azərbaycan hekayələri” antologiyasının təqdimat mərasimi iyun ayının 15-də, başqa yerdə deyil, məhz möhtəşəm ədəbiyyat tədbirlərinə ev sahibliyi edən Britaniya Kitabxanasında baş tutdu.
Əsərləri kitaba daxil edilmiş müəlliflərin bir çoxu ingilis oxucusuna tanış olmasa da, kitab böyük maraqla qarşılandı. Tanımadığın müəllifin əsərini aşkar etmək hər zaman insana böyük zövq verir. Bu antologiya isə bizə bu cür 28 gözəl fürsət bəxş edir. İngilis oxucusu hər zaman hekayə janrına üstünlük verib. Dikkens, Morrison, Konan-Doyl, Herbert Corc Uells kimi dahilər də məhz bu kütləvi oxucu marağı səbəbindən çox vaxt hekayə janrına üz tutublar”.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...