Tərcümə Mərkəzinin yeni layihəsi – “Azərbaycan ədəbiyyatı virtual aləmdə”

Azərbaycan Tərcümə Mərkəzi Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində yeni layihəyə – ədəbiyyatımızı dünyaya beynəlxalq elektron informasiya şəbəkələri vasitəsi ilə təqdim edəcək “Azərbaycan ədəbiyyatı virtual aləmdə” adlı layihəsinə start verib.
Layihənin ilki dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilib. Belarusun məşhur “Sozvuçie” (Созвучие – литература и публицистика стран Содружества) ədəbi portalı “Ларец жемчужин” (İncilər xəzinəsi) rubrikası altında Nizami Gəncəvinin həyatına dair məlumata və şairin əsərlərinə geniş yer ayırıb.
“Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsinin ingilis, fransız, alman, türk, ərəb, çex və digər dillərdə müvafiq dünya portalları vasitəsilə davamlı olaraq yayınlanacağı nəzərdə tutulur.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...