Müasir Azərbaycan ədəbiyyatı Bolqarıstanda nəşr olundu

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Bolqarıstan Yazıçılar Birliyinin birgə ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Bolqarıstanda işıq üzü görüb.
Müasir Azərbaycan ədəbiyyatının Yusif Səmədoğlu, Fərman Kərimzadə, Anar, Elçin, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Sabir Rüstəmxanlı kimi ədəbi simalarının şeir və hekayələri toplanmış kitabı bolqar dilinə tanınmış bolqar şair və yazıçıları – Boyan Angelov, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov və İva Nikolova çevirib.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...