Akutaqava Rünoske – “Tanrıların istehzası”
Görkəmli yapon yazıçısı, çox qısa bir ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) irsini XX əsr ədəbiyyatının ən parlaq və ən qeyri-adi hadisələrindən sayırlar. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritçalardan, əfsanələrdən alan sənətkar bütün istedadını dərin insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatını özünəməxsus tərzdə, yumşaq ironiya ilə açmağa sərf edib.
Akutaqava nəsrinin diqqəti insanın bir fərd kimi mövcudiyyətinin ən dərin qatlarına yönəlib. Bu kitabda oxucuya təqdim olunan novellaların bəzi qəhrəmanları özləri üçün həyati əhəmiyyət kəsb edən məsələlərin çözümünü ağır mənəvi seçimdən keçərək tapırlar. Digərləri isə, əksinə, həyatın mənası barədə düşüncələrə varmadan, axına düşüb, gedirlər...
Çox qısa ömür yaşamış və həyatına intiharla son qoymuş yazıçının hər novellasında onun özündən bir ştrix var. Diqqətli oxucu onları düzgün tapıb bir mozaik panno kimi düzə bilsə, Akutaqava miqyasının əzəməti onu heyran edəcək.
Kitabın tərcüməçisi Rövşən Ramizoğludur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...