Vilayət Hacıyev Avstriyanın fəxri ordeni ilə təltif olunub
Bu günlərdə Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədris və İqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni ilə təltif edib.
2013-cü ildə Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi də V.Hacıyevi F.Kafkanın “Məhkəmə” romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə “Tərcümə mükafatı”na layiq görmüşdü.
Vilayət Hacıyev Azərbaycanın müasir tərcüməçilik məktəbinin yaradıcılarından biridir. Almandilli ədəbiyyatın mükəmməl bədii tərcümədə Azərbaycan oxucusuna çatdırılmasında böyük xidmətləri var. Minlərlə oxucu auditoriyası qazanmış H.Hesse, H.Böll, Z.Lents, F.Dürrenmatt, F.Kafka və bu kimi dünya ədiblərinin əsərləri Vilayət Hacıyev tərəfindən uğurla dilimizə tərcümə edib.
Qalereya
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...