Azərbaycan Tərcümə Mərkəzinin gələcək fəaliyyət istiqamətləri müzakirə edilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzin fəaliyyət istiqaməti üzrə işlərin icrasına dair dəyirmi masa keçirilib. Müzakirədə Mərkəzin aparat işçiləri, şöbə müdirləri, Mərkəzin mətbu orqanlarının rəhbərləri iştirak edib. Mərkəzin fəaliyyət istiqamətləri, qarşıda duran problemlər, ölkədə dil və təcrümə sahəsinin inkişafı və situmullaşdırmasıyla bağlı məsələlərin prioritet mövzuları müzakirə olunub.
Mərkəzin direktoru Afaq Məsud kollektivə, bu çətin və şərəfli işdə uğurlar arzulayıb. Tərcümə sahəsində rast gəlinən boşluqlardan, bu sahəyə həvəskar səviyyəli yanaşmalardan danışıb. "Tərcümə bu gün ölkədə qazanc sahəsinə, gəlir mənbəyinə çevrilib. Əfsuslar olsun ki, bu yanaşma elm, təhsil və ədəbiyyat kimi sahələrdə də özünü biruzə verməkdədir. Mərkəzin ümdə vəzifəsi tərcümə sahəsini aktuallaşdırmaq, bu sahəni qeyri-peşəkarların əlindən xilas etməkdir".
Daha sonra Mərkəzin "Elm və təhsil", "Rəsmi yazışmalar" və "Nəşriyyat" şöbələrinin müdirləri çıxış edərək nəzərdə tutulan işlərdən, perspektiv layihələrdən danışıblar.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...