“Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görəcək
Yaxın günlərdə "Xəzər" dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görəcək. Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi və "Qismət" hekayəsi (tərc. Yaşar) ilə açılır.
"Qızıl dövrün şairləri" rubrikasında Ramiz Rövşənin tərcüməsində Puşkinin dərsliklərdə olmayan şeirləri ilə tanış olacaqsınız. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersini təqdim edir. Afaq Məsudun tərcüməsində "Xilas yolunun yolçuları" və "Müqəddəslər və onların söylədikləri" rubrikasında Hüseyn İbn Mənsur Həllac və digər sufilərdən bəhs edilmişdir.
Nəsr bölməsində görkəmli Argentina yazıçısı Ernesto Sabatonun "Tunel" romanı (tərc. Saday Budaqlı), fransız yazıçısı Marsel Prustun "Svana doğru" (tərc. Z.Sarıtorpaq) romanından parça, E.Heminquey və Ruben Bareyronun hekayələri verilmişdir. Türkiyə yazıçısı Orxan Pamukun "Mənzərədən parçalar" esselər kitabından bir hissəni oxuculara Fərid Hüseyn təqdim edir.
Jurnalda həmçinin "Aforizmlər və sitatlar", "Yazıçı yazıçı haqqında", "Duyğular, düşüncələr", "Türk qardaşlarımız", "Debüt" rubrikalarında şair Ezra Paundun (Amerika), yazıçı Şervud Andersonun (Amerika), Akutaqavanın (Yaponiya), Asəf Halət Çələbinin (Türkiyə) yaradıcılığından nümunələrlə və bir sıra başqa maraqlı yazılarla tanış ola bilərsiniz.
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...