Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir

Fevralın 12-də sərgidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təqdimatı, həmçinin, Azərbaycanla Belarus arasında ədəbi əlaqələrin inkişafına dair geniş tədbir baş tutub. Sərgi salonunun ümumi monitorunda Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş, geniş mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Belarusdakı diaspor cəmiyyətinin nümayəndələri, Belarusun və Rusiyanın tanınımış yazıçı və naşirləri iştirak etmişlər. Azərbaycan və Belarus dilində şeirlər səslənmiş, hər iki xalqın milli mahnı və rəqsləri nümayiş etdirilib. Tədbirin sonunda Belarus İnformasiya Nazirliyinin «Zvezda» nəşriyyat evinin direktoru Aleksandr Karlyukeviçlə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev arasında birgə layihələrlə bağlı müzakirələr aparılmış, müqavilələr imzalanmışdır.
Fevralın 11-də Almaniya, Rusiya, Türkiyə, İsrail və s. kimi ölkələrin yazarlarının qatıldığı "Beynəlxalq ədəbiyyat simpoziumu" çərçivəsində təşkil olunmuş «Yazıçı və zaman» seminarında iştirak edən nümayəndə heyətimiz - Yaşar Əliyev və Etimad Başkeçid "Müasir dövrdə tərcümənin aktuallığı, ədəbi əlaqələrin inkişafı" mövzusunda məruzələrlə çıxış ediblər.
Qalereya
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş