ELAN
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin üzə çıxarılması, Azərbaycan, həmçinin tərcümə edilərək dünya oxucusuna çatdırılması, istedadlı gənclərin yaradıcı potensialının dəyərləndirilməsi, dilimizin, söz sənətimizin zəngin, əvəzolunmaz məziyyətlərinin müəyyən edilməsi və gələcək nəsillərə ötürülməsi, gənc yazarlara diqqət və qayğının artırılması məqsədi ilə "Yeni Söz" adlı ədəbi yaradıcılıq mükafatı təsis edib. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Əsərlərin qəbul müddəti bu il oktyabr ayının 2-dən dekabr ayının 23-nə qədər müəyyən edilib. Qaliblərin adı 2016-cı il may ayının 25-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.
* Müsabiqəyə poeziya, nəsr və esse nominasiyaları üzrə əsərlər qəbul edilir;
* Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:
Poeziya:
poema - hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 poema ilə müsabiqəyə qatıla bilər
şeirlər - 3 şeirdən artıq olmamaq şərti ilə
Nəsr:
roman - hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 romanla müsabiqəyə qatıla bilər
hekayələr - 40 000 işarəyə qədər
Esse:
esselər - 20 000 işarəyə qədər
* Hər nominasiya üzrə mükafat yalnız bir müəllifə təqdim edilə bilər.
* Hər bir iştirakçı mükafata yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.
* Müsabiqəyə yeni və son iki ildə dərc olunmuş əsərlər qəbul olunur.
* Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir.
Müsabiqəyə təqdim edilmək üçün zəruri olan sənədlər:
a) müsabiqə iştirakçısının adı, soyadı, ədəbi təxəllüsü və özü haqqında qısa məlumat;
b) şəxsiyyət vəsiqəsinin surəti və ya skan olunmuş variantı;
c) iştirakçının əlaqə nömrəsi və elektron ünvanı.
Qeyd: Müsabiqəyə təqdim olunan mətnin əvvəlində iştirak etdiyi nominasiyanın adı mütləq qeyd olunmalıdır;
Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlərin müsabiqədə iştirakı təmin olunmur.
Əsərlər press@aztc.gov.az elektron ünvanına göndərilə və ya kağız formatında AzTM-in Mətbuat xidmətinə təqdim edilə bilər.
Mükafat fondu:
Ən yaxşı poeziya nümunəsi nominasiyası üzrə:
I yer - 2000 manat (iki min manat)
II yer - 1000 manat (min manat)
III yer - 500 manat (beş yüz manat)
Ən yaxşı nəsr əsəri nominasiyası üzrə:
I yer - 2000 manat (iki min manat)
II yer - 1000 manat (min manat)
III yer - 500 manat (beş yüz manat)
Ən yaxşı esse nominasiyası üzrə:
I yer - 2000 manat (iki min manat)
II yer - 1000 manat (min manat)
III yer - 500 manat (beş yüz manat)
Müsabiqənin gedişatı barədə:
Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə - 20-liyə keçən əsərlər Mükafat Komissiyasına təqdim edilir.
Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.
Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.
Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları gizli saxlanılır.
Mükafat diplom və pul təltifindən ibarətdir.
Hər nominasiya üzrə qalib gəlmiş əsər xarici dillərə çevriləcək və beynəlxalq müstəvidə təbliğatı üzrə müəyyən işlər həyata keçiriləcək.
Ünvan: Ə.Topçubaşov 74
Email: press@aztc.gov.az
Telefon: (+994 12) 595-10-69
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...