"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı işıq üzü görüb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2015) sayı işıq üzü görüb.
Jurnalın bu sayında:
* Nobel mükafatı laureatı Kamilo Xose Selanın nobel nitqi və "Paskual Duartenin ailəsi" romanı;
* Amerika şairi Enn Sekstonun şeirləri;
* İngilis yazıçısı İen Makyuenin "Boltype" jurnalına verdiyi müsahibə və "Şkaf-adamla söhbət" hekayəsi;
* "Tarixin axarını dəyişən məktublar" başlığı altında Türk xaqanlarının yazışmaları;
* Con Perkinsin "Killerin etirafları" kitabından parçalar;
* Yuri Kuznetsovun şeirləri;
* Çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun "Avtobus oğrusu" novellası;
* Ejen İoneskonun "Dörd nəfərlik səhnə" pyesi;
* Müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin "Vicdan əzabı" hekayəsi;
* İvan Zaxaryinin (Yakunin) "Şeyx Şamil" memuarı;
* Uruqvay yazıçısı Mario Benedettinin "Yaxın sahil" romanı və digər maraqlı yazılar təqdim olunur.
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”