Erməni neonasizmi: faşizmdən daha təhlükəli
Bu gün, az qala bütün dünyaya qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərin tarixi ağ ləkələrdən ibarətdir desək, yanılmarıq.
Tarixin müxtəlif dövrlərində dünyanın, demək olar ki, hər yerinə səpələnmiş ermənilər bütün imkanlardan istifadə edərək zaman-zaman “böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə səy göstəriblər. Müasir Ermənistan Respublikası isə Azərbaycan ərazisində dünyanın aparıcı dövlətlərinin siyasi və hərbi dəstəyi ilə yaradılan, onların “Şərq məsələsi”ni reallaşdırmaq üçün olan süni dövlətdir. Tarixi həqiqətdir ki, erməni qəsbkarlığına daha çox tarixi Azərbaycan torpaqları məruz qalıb. Sovet Rusiyasının birbaşa təzyiqi və təkidi ilə Zəngəzur, Dərələyəz və s. ərazilərimiz də Ermənistana verilib. Nəticədə tarixi azəri-türk torpaqlarımız zaman-zaman işğal olunub. Hazırda isə bu iyrənc siyasətin daha bir ağır nəticəsi kimi müasir Azərbaycan torpaqlarının 20 faizdən çoxu erməni tapdağı altındadır. Təəssüf ki, dünya ictimaiyyəti bu tarixi haqsızlığa susur, yerindən-yuvasından didərgin düşmüş bir milyondan artıq soydaşımızın taleyinə biganəliklə yanaşır, ermənilərin işğal etdikləri ərazilərimizdə soyqırımı, etnik təmizləmə törətdiklərinə göz yumur.
Bəs, görəsən, tarixən ermənilərin dünyada bu “hegemonluğunun” səbəbi nədir?! Bu sual üzərində düşünməyə dəyər. Əslində erməniləri istiqamətləndirən, bəd əməllərini maliyyələşdirən xaricdə yaşayan və kifayət qədər maddi imkanlara, nüfuza, təsir etmək imkanına malik olan erməni lobbisi, diasporası yüzlərlə siyasi, ictimai və s. təşkilatlardır. Onlar hansı siyasi, ictimai təşkilata mənsub olurlarsa-olsunlar “böyük Ermənistan” mifini reallaşdırmaq üçün həmin fövqəldövlətlərin “Şərq siyasəti”nin reallaşdırılmasında əvəzolunmaz alət və vasitə kimi özlərini təqdim, təsdiq edirlər.
Bu günlərdə arxiv materiallarını araşdırarkən 48 il bundan qabaq Yerevanda nəşr olunmuş bir qəzet diqqətimizi cəlb etdi. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ermənistan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı “Kommunist” qəzetinin 12 aprel 1967-ci il tarixli nömrəsinin (rus dilində) 3-cü səhifəsində tarix elmləri namizədi T.Drambyanın erməni Daşnaksütyun partiyasının Böyük Vətən müharibəsi illərində (1941-1945) göstərdiyi “qəhrəmanlıqlardan” bəhs edən “Daşnaklar faşizmin xidmətində” (“Daşnaki na slujbe faşizma”) məqaləsi dərc olunub.
Erməni aliminin yazdığına görə, Ermənistandan məqsədli şəkildə köçüb getmiş ermənilərin ən irəlidə gedən siyasi-hərbi, hətta terror və təxribatçı təşkilatlarından olan Daşnaksütyunun liderləri “xalq əleyhinə öz siyasətini davam etdirirdilər. İlk vaxtlar digər millətçi-burjua təşkilatları və ağ mühacirlərlə birlikdə Sovet Ermənistanı ilə xarici erməni koloniyaları arasındakı əməli əlaqələrin qurulmasına mane olmağa çalışırdılar. Bu məqsədlə daşnak təbliğatçıları Ermənistandakı Sovet hakimiyyətinə şər atmağa... çalışaraq geniş antisovet təşviqatına əl atmışdılar”.
Həmin illərdə təşkilatın liderləri antimilli fəaliyyəti davam etdirmiş, İkinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə onlar tam qətiyyətlə bütün bəşəriyyətin ən qatı düşməni olan Hitler faşizmi tərəfinə keçmişdilər. Daşnakların bu addımı da təsadüfi deyildi. Onlar hələ 1935-ci ildən, yeni Almaniyada faşizm hakimiyyəti bərqərar olduqdan dərhal sonra ümidlərini alman faşizminə bağlamağa başlamış, məhz bu cinayətkar, qaniçən qüvvənin kölgəsində daldalanmağa cəhd göstərmişdilər.
Qəzet yazır ki, o dövrün daşnak qəzetləri hitlerçilərin cinayətkar planlarını tərifləməyə, onların təcavüzkar niyyətlərinə haqq qazandırmağa, Avropadakı qanlı “yeni qayda-qanun”u “demokratiyanın ən yüksək forması” kimi qələmə verməyə çalışan məqalələr sarıdan kasadlıq çəkmirdi. Məqalələrin əksəriyyətində yeni dünya müharibəsinin başlanacağı təqdirdə Ermənistandakı Sovet quruluşunun devrilməsi üçün əlverişli şəraitin yaranacağı fikri açıq-aydın söylənilirdi. ABŞ-da məskunlaşmış daşnak liderlərinin orqanı olan “Ayrenik” qəzeti bu istqamətdə təbliğat işini daha yüksək səmərəliliklə aparırdı. Xaricdəki erməni ictimaiyyətində yarana biləcək bütün şübhələrə son qoymaq üçün daşnak liderlərinin əsl niyyətləri və məqsədlərini, xüsusən onların “ələ düşən siyasi imkanlardan” daha yaxşı istifadə etmək metodlarını bəyan edən “Ayrenik” qəzeti 1939-cu ilin iyul ayında yazırdı: “Əgər Almaniya ilə Yaponiya Sovet İttifaqına hücum etsələr, Daşnaksütyun Sovet İttifaqının düşmənləri sırasında olacaq”.
1941-ci il iyunun 22-də Hitler Almaniyasının Sovet İttifaqına qəfil hücumu o dövrdə bu ölkədə yaşayan bütün xalqları dərindən sarsıtdığı, minlərlə insanın ölümünə səbəb olduğu halda, bu xalqların taleyinə biganəliklə yanaşan, ilk növbədə erməni maraqlarını güdən daşnak liderlərindən biri Ruben Darbinyan “Ayrenik”də yazırdı: “Xoşbəxtlikdən Sovet hökuməti o qədər qüdrətli deyil ki, Almaniyanı darmadağın edə bilsin və daxilən o qədər güclü deyil ki, uzun müddət alman zərbələrinə tab gətirə bilsin”. Qəzet müharibənin ilk illərində bu istiqamətdə təbliğatını “uğurla” davam etdirir, öz səhifələrində sistematik olaraq “Kreml hakimiyyəti”nin tezliklə süqutu, SSRİ-nin məhv olacağı haqqında proqnozlar verir, ictimaiyyəti hitlerçiləri dəstəkləməyə çağırırdı.
Tarix elmləri namizədi T.Drambyan daha sonra yazır: “...daşnak lideri Arsak Camalyanın Parisə, Berlinə, Qahirəyə səfərləri, eləcə Xalq Sosialist Partiyasının Nürnberqdəki qurultayında iştirakı necə? Bəs Aleksandr Xatisyanın işğal olunmuş Şərq torpaqlarında hələ 1940-cı ildə nazir təyin olunaraq Berlindəki daşnak başçıları ilə sıx ünsiyyətə girən, onlarla “Erməni milli şurası”nın yaradılması barədə razılığa gələn faşist Alfred Rozenberqlə yazışması? Bəs daşnakların Rumıniya, Bolqarıstan, Yunanıstan, Fransa və Almaniyanın özündə alman işğalçı idarələri və onların oyuncaq rejimlərilə sıx əməkdaşlığı?
Deməli, daşnak başçıları və onların “orqanı” alman faşistlərilə öz əlaqə və əməkdaşlıqlarını əbəs yerə inkar etməyə çalışırlar. Bu cənablar nə qədər istəsələr də, özlərinin yazdıqlarını - tarixi faktları inkar etmək iqtidarında deyillər”.
İdeoloji təbliğatdan əlavə, daşnaklar Hitler ordusunun tərkibində vuruşmuş və müəllifin yazdığı kimi, “Onları Berlinə Sovet adı altında olan hər şeyə nifrət, Hitlerə, onun Sovet İttifaqına və deməli, Sovet Ermənistanına qarşı cinayətkar müharibəyə xidmət etmək cəhdi gətirmişdi. Onlar bütün cinayətkar əməllərdə, o cümlədən Gestapo ilə açıq əməkdaşlıqda və Sovet ordusunun 1942-ci ildə müvəqqəti geriyə çəkildiyi günlərdə əsir düşmüş erməni hərbi əsirlərin hədələr və şantajla gətirilərək “Erməni milli legionu”nun təşkil olunmasında hitlerçilərə kömək edirdilər”.
Daşnak fırıldaqçılarını Avropanın hər yerindən, erməni alimin yazdığı kimi, Dronu Rumıniyadan, Njdeni Bolqarıstandan, Gülxandanyanı, Papazyanı, Xatisyanı, Baqdasaryanı Fransadan və Ter-Tovmasyanı Belçikadan Berlinə toplayan qüvvə nə idi? Onları Hitlerin cinayətkar yuvasında nə birləşdirirdi? Nə üçün indi dünyaya tarix öyrədən ermənilər az qala ilahiləşdirdikləri daşnak liderlərinə bu cinayətkarlıqla bağlı sual vermirlər, onları xəyanətdə günahlandırmırlar? Deməli, dünyaya ağalıq etmək, despot bir quruluş yaratmaq cəhdini dəstəkləmək, daşnaklar üçün milli mənafelərdən qat-qat üstündür. Minlərlə insanın cəsədi üzərindən keçərək nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək niyyətində olan bir partiya özünü nə dərəcədə vətənpərvər, demokratik adlandıra bilir? Məgər ermənilər Daşnaksütyunun tarixinin bu səhifəsindən xəbərsizdirlər?! Məgər xalqın belə bir tarixi sınağı qarşısında şəxsi iddialardan əl çəkmək, kömək göstərmək və ya heç olmasa seyrçi mövqe tutmaq da mümkün deyildi?! Xalqların bədbəxtlikləri üzərində öz xoşbəxtliyinə qovuşmaq istəyənlərin bu hərəkətinə nə ad vermək olar?
Əlbəttə, burada bir həqiqət var: ermənilər harada yaşayırlarsa-yaşasınlar - istər Fransada, istər Rusiyada, istərsə də dünyanın hər hansı bir məmləkətində əsl simalarını pərdələyərək yaşadıqları ölkəyə yox, yalnız öz məqsədlərinə xidmət etmiş olurlar. 1918-ci ildə Bakıda 31 mart - 1 aprel soyqırımını törətmiş bolşevik S.Şaumyanla Daşnaksütyunun hər hansı liderinin, yaxud bugünkü Ermənistan prezidenti, əli Xocalı soyqırımında günahsız insanların qanına batmış Serj Sarkisyanın fərqi varmı? Yox! Biz illərlə, qərinələrlə, əsrlərlə bu xəyanətin və riyakarlığın ziyanını çəkmişik.Qapısının ağzında, süfrəsinin qırağında bu gün ermənilərə yer ayıranlar gec-tez onların nankorluğunun acı nəticələrini görməli olacaqlar. Çünki bu, zamanın sınağından çıxmış bir həqiqət, isbata ehtiyacı olmayan bir aksiomdur...
İndi Dağlıq Qarabağda və işğal etdikləri Azərbaycan torpaqlarında iyrənc planlarını həyata keçirən nankor ermənilər xaricdəki diasporaları, lobbiləri və ikili standartlarla çıxış edənlər tərəfindən dəstəklənirlər. Əslində onlara yarıyan bütün mənfur əməlləri dəstəkləmək Daşnaksütyun partiyasının ənənəsidir. Belə ki, T.Drambyan məqalədə tarixi faktlara istinad edərək yazır: “Erməni milli şurasının yerləşdiyi Berlinin özündə onların kəşfiyyat, təbliğat, protokol və s. şöbələrinə malik olmuş “Ferbindungsstab” adlı özünün əlaqə orqanı ilə birlikdə daşnaklar mövcud olduğu üç il ərzində Berlindəki tütün fabrikinin sahibkarları Alfred Muradyan və qardaşı tərəfindən maliyyələşdirilmiş “Ayastan” (“Ermənistan”) qəzetini nəşr edirdilər. Bu faşist qəzetinin səhifələrində sistematik olaraq qatı millətçi və antisovet təbliğatı aparılırdı.Bir qayda olaraq, əgər belə demək olarsa, bu “orqanın” redaksiya heyətinin bütün üzvləri uydurma adları üstün tutaraq öz əsl adları ilə imza qoymurdular.Öz-özlüyündə həmin fakt əhəmiyyətsiz olsa da, səciyyəvidir.Redaksiya heyətində olan daşnak təbliğatçıları oxucularının onlara “təşəkkür etməyəcəyi”ndən qorxmalarına görə yox, erməni olmaları, almanlar uduzarsa, mövqelərini dəyişmələri məqsədilə öz adlarını yazmaqdan çəkinirdilər.
Məhz bu “orqan” Dronun daşnak legionerləri və onların alman-faşist himayədarları Sovet İttifaqı hüdudlarından qovulana qədər alman işğalçıları ilə birlikdə Pyatiqorsk, Kislovodsk, Mineralnıye Vodı ve Krasnodarda azğınlıq edən “Dronun erməni qoçaqları”na bol-bol “mənəvi qida” verirdi.
İkinci Dünya müharibəsi Almaniyanın, daha doğrusu, faşizmin məğlubiyyəti ilə sona yetdi.Bu günün özündə belə alman xalqı tarixinin bu utancverici dövrünə görə cavab verməli olur. Lakin təzad doğuran fakt odur ki, indi vaxtilə faşizmi, Hitler siyasətini dəstəkləyən Daşnaksütyun partiyası, daha dəqiq ifadə etsək, erməni neonasizmi dünya ictimaiyyətinin gözləri önündə ekstremist terror, soyqırım, işğalçılıq siyasətini nəinki “uğurla” davam etdirir, hətta dünyanın aparıcı ölkələrinin bir çox siyasətçiləri tərəfindən müdafiə olunur...
Tarix unudulurmu?! Tarixi olaylar ört-basdır edilirmi?! Erməni daşnaklarının bütün dünyaya yönəlmiş cinayətkar əməllərini anlamaq üçün sadəcə istinad edilən məqaləyə diqqət yetirmək kifayətdir.
İndi ermənilərin hərəkətlərinə göz yummaqla, tarixi həqiqətləri saxtalaşdırmaqla, baş verməyən “erməni soyqırımları”nı dəstəkləməklə və s. kimi ermənipərəst mövqe tutmaqla, onları dəstəkləyən həmin siyasi güclər əslində bəşəriyyəti daha bir uçurum - faşizmdən daha betər şovinist, barbar, monoetnik erməni neonasizmi təhlükəsi ilə üz-üzə qoyurlar.
Bu da sübut. Hazırda müasir Ermənistanda alman vermaxtında xidmət edən general Njde və Dro, digər terrorçular və quldurlar milli qəhrəmandırlar, onların təcrübələri dərsliklərdə tədris olunur.
Ağahüseyn ŞÜKÜROV
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...